Siyasi qərar: Oqtay Şirəliyev yola salınır
Səhiyyə naziri Oqtay Şirəliyevdən narazıların sırası getdikcə genişlənir. Koronavirus təhlükəsinin ortaya çıxmasından sonra nazirin adı ətrafında yaranmış söz-söhbətlər səngimək bilmir. Hazırda Şirəliyev cəmiyyətin və mətbuatın narazı qaldığı hökumət üzvlərinin siyahısında birinci yerdə dayanır.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Azərbaycanda rüşvətə və korrupsiyaya ən çox bulaşmış dövlət qurumlarının başında gəlir. Dövlətin balansında olan xəstəxanalarda rüşvətin tüğyan etməsi, adi xəstəliklərdən ölüm hallarının artması, keyfiyyətsiz dərman idxalı və digər səbəblər naziri hədəfə çıxarıb. Dövlət və özəl tibb müəssisələriylə bağlı şikayətlərin artması Şirəliyevin karyerasına ciddi təhlükə yaradıb.
Yenisabah.az-a daxil olan məlumata görə, nazir Şirəliyev artıq hakimiyyət dəhlizlərində də "arzuolunmaz adam" elan olunub. Məlumatlı şəxsin dediyinə görə, Şirəliyevin istefaya göndərilməsiylə bağlı siyasi qərar var. Nazirin yaxın günlərdə işdən çıxarılacağı şübhə doğurmur.
Mənbə bildirdi ki, Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri zamanı Oqtay Şirəliyevin onu müşayiət etməməsi də bu amillə bağlıdır. Onun sözlərinə görə, Oqtay Şirəliyevin Goranboy və Ağstafada mərkəzi xəstəxanaların açılışı mərasimində iştirak etməməsi onun tezliklə yola salınacağına şübhə yeri qoymur.
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...