Voleybol üzrə Azərbaycan çempionatı dayandırıldı

17:09 04-03-2020 | icon 2990
Voleybol üzrə Azərbaycan çempionatı dayandırıldı

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.  Bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

 

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb.
 
Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.


Digər xəbərlər

0.23689913749695