Azərbaycan millisi koronavirusa görə yarışa gedə bilmədi

14:48 05-03-2020 | icon 3838
Azərbaycan millisi koronavirusa görə yarışa gedə bilmədi

Mərakeşin paytaxtı Rabatda 6 - 8 martda keçirilməsi planlaşdırılan cüdo üzrə Qran-pri turniri ləğv olunub.

Buna səbəb koronavirus epidemiyasının yayılmasıdır.

Yarış Mərakeş hökumətinin qərarı ilə ləğv edilib. Bildirilib ki, ölkədəki bütün beynəlxalq idman yarışları, sərgilər və kütləvi toplantılar ləğv edilib və ya təxirə salınıb.

 

IJF gözlənilməz qərarla bağlı üzr istəyib. Yarışda öncədən Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub.


Digər xəbərlər

0.26375102996826