“7 gün müddətində Milli Məclisin ilk iclası olacaq”

14:53 05-03-2020 | icon 3206
“7 gün müddətində Milli Məclisin ilk iclası olacaq”

Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq.

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

S.Mirzəyev qeyd edib ki, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək: “Bu təcrübə Milli Məclisdə var”.

 

S. Mirzəyev bildirib ki, qanuna görə, 7 gün müddətində Milli Məclisin ilk iclası olmalıdır.

Onun sözlərinə görə, yaz sessiyasının iclaslarında V çağırışdan qalan bir çox sənədlər var: “İclaslarda o sənədləri ilk növbədə, müzakirəyə çıxaracağıq. Həm də gözləyirik ki, yeni qanunlar gələcək və onlar müzakirə ediləcək”.


Digər xəbərlər

0.22716188430786