“APAsport” 13 yaşını qeyd edir
Bu gün “APAsport” idman agentliyinin yaranmasından 13 il ötür.
“APA Group” MMC-yə daxil olan “APASport” İnformasiya Agentliyi 2007-ci il martın 5-də yaranıb. Azərbaycan dilində fəaliyyət göstərən “APASport” Azərbaycanda yaranmış ilk idman agentliyidir. “APASport”un internet ünvanı www.apasport.az-dır.
Agentlik Azərbaycan və dünya idmanının bir çox sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif mövzularda araşdırmalar aparır.
“APASport” 2007-ci və 2009-cu illərdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilib. Hər il müxtəlif federasiyalar tərəfindən yarışların işıqlandırılmasında göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb.
2012-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ən yaxşı idman saytı seçilib.
Agentlik ölkədə keçirilmiş böyük yarışların, o cümlədən 2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarının işıqlandırılmasında xüsusi fəallıq göstərib. Məhz bunun nəticəsində "APA Holding" I Avropa Oyunlarını ən yaxşı işıqlandıran media şirkətlərindən biri kimi Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun mükafatına layiq görülüb. Həmçinin, Belarusun paytaxtı Minskdə baş tutan II Avropa Oyunları da agentlik tərəfindən birbaşa yerindən işıqlandırılıb. Bunun nəticəsində agentliyin əməkdaşı Azərbaycan Gənclər və İdman naziri tərəfindən fəxri fərmanla təltif edilib. Eyni zamanda, Bakıda təşkil olunan Gənclərin Yay Olimpiya Festivalı da “APASport” üçün prioritet tədbir olub.
Agentliyin Azərbaycan futbol, voleybol və digər idman növləri üzrə klublarının, milli komandalarımızın dünya və Avropa səviyyəsində keçirilən rəsmi görüşlərinə, eləcə də yoldaşlıq oyunlarına ezam olunan əməkdaşları onlayn reportajlar hazırlamaqla yanaşı, həmin qarşılaşmalardan sonra baş məşqçi və komanda üzvlərinin görüşlə bağlı fikirlərini oxuculara təqdim edir. Həmin yarışlardan hazırlanmış videogörüntülər və fotosessiyalar agentliyin saytında yerləşdirilir.
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...