“Müxtəlif vasitələrlə gəncləri yoldan çıxarmaq istəyirlər” - İlham Əliyev
"Xalqımız uzun əsrlərboyu başqa ölkələrin, imperiyaların tərkibində yaşayıb. Müstəqillikdən, azadlıqdan mərhum olub, başqalarının diktəsi ilə yaşayıb. Biz artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və əbədi yaşamalıyıq. Bundan sonra heç vaxt müstəmləkə olmamalıyıq".
Bu sözləri Prezident İlham Əliyev Tovuzda “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, buna nail olmaq üçün iqtisadi, hərbi, mənəvi gücümüz, dəyərlərimiz olmalıdır, var və hər şeydən üstün olmalıdır:
"Ona görə indi müxtəlif yollarla, müxtəlif adlar altında gah qloballaşma deyirdilər, indi bu söz də artıq lüğətdən silinib. Bəlkə də 10 il bundan əvvəl qloballaşma deyilən bir meyil var idi və belə bir fikir aşılanırdı ki, qloballaşma sərhədləri aşacaq, sərhədləri, millətləri aradan götürəcək, hamı bir dildə danışacaq, hamı bir təfəkkürdə olacaq. Milli xüsusiyyətlərin sarsıdılması və məhvi üçün ziyanlı bir siyasət aparılırdı, bu gün də aparılır, amma bu gün başqa adlarla. Bu gün bəzi hallarda demokratiya adı ilə ölkələri öz təsirləri altına almaq istəyirlər. O ölkələr ki, özləri demokratiyanı kobudcasına pozurlar, insan haqlarını pozurlar, jurnalistləri əsassız ittihamlarla həbs edirlər, nümayişçiləri əzirlər, öldürürlər, itləri, atları onların üstünə salırlar, rezin güllələrlə vururlar, gözlərini çıxarırlar, qazlardan istifadə edirlər, hamısı göz qabağındadır. Bizə demokratiyadan dərs vermək istəyənlərin özləri bunu edirlər. Ona görə demokratiyanı şüar edib xalqları, dövlətləri özlərinə tabe etmək istəyirlər, o cümlədən bizi. Ona görə də təzyiqlərlə, iftiralarla, çirkin kampaniyalarla üzləşirik. Ona görə ki, heç kimin qabağında baş əymirik və heç vaxt əyməyəcəyik. Bizim milli qürurumuz, ləyaqətimiz hər şeydən üstündür. Ona görə müxtəlif vasitələrlə gəncləri yoldan çıxarmaq istəyirlər. Çünki bilirlər ki, gənclər hələ yetişməyiblər, formalaşmayıblar, onlar daha çox tələbkardırlar, pozuntulara daha çox dözümsüzdürlər. Bu da təbiidir, bu da olmalıdır, amma xalq naminə, dövlət naminə, hansısa başqa paytaxtda oturanın maraqlarını təmin etmək üçün yox. Ona görə bütün bunları gənclər bilməlidirlər və düzgün təhlil aparmalıdırlar. Bilməlidirlər ki, bizim hamımızın birinci vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq və öz milli xüsusiyyətlərimizi qorumaqdır. “ASAN xidmət” mərkəzlərində, o cümlədən burada işləyənlər və könüllülər bax, bu ruhda tərbiyə alırlar. Buna görə bir daha qayıdıram “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə ki, xalq tərəfindən belə yüksək qiymət verilir. Mən sizi mərkəzin açılışı münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram"
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...
-
Prezidentin Xocalı sakinləri ilə görüşünün Videosu
...
-
Prezident sakinlərlə Xankəndini gəzdi - Fotolar
...
-
Prezident Xocalı qurbanlarını sükutla yad etdi - Foto
...
-
Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu
...
-
Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi
...
-
Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
...