Koronavirus yayda yox olacaq? - ÜST-dən açıqlama
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın sonlarından Çində ortaya çıxaraq artıq dünyada 100 minə yaxın insanda aşkarlanan “COVİD-19”la bağlı məyusedici məlumat yayıb.
Qurum virusun yayda öləcəyi ilə bağlı ehtimalları təkzib edərək insanları bu məlumata çox köklənməməyə çağırıb.
ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildirib ki, belə bir ssenari əsl möcüzə olardı: “Bu virusun qrip kimi yayda yox olacağına dair məlumatlar sadəcə yalnış bir ümiddir. Amma ümid edirik ki, bu, baş verəcək, ancaq taleyin hədiyyəsi olacaq”.
Maykl Rayan qeyd edib ki, təşkilatın mütəxəssisləri belə bir fərziyə irəli sürə bilməzlər, çünki bu gün bunun baş verəcəyini güman etməyə heç bir əsas yoxdur: “Buna görə, virusla indi mübarizə aparmaq və onun öz-özünə keçəcəyinə ümid etməmək lazımdır”.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...