Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir

10:38 10-03-2020 | icon 3603
Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.

“Valensiya” doğma meydanda “Atalanta”nı qəbul edəcək. İtaliya təmsilçisi ilk oyunda 4:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələ üçün yaxşı imkan əldə edib.

 

Gecənin digər matçında isə “Tottenhem” “Leyptsiq”in qonağı olacaq. Londonda 0:1 hesabı ilə uduzan Joze Mourinyonun komandası növbəti mərhələyə yüksəlmək üçün Almaniyada qələbə qazanmağa çalışacaq.
 
Çempionlar Liqası, 1/8 final

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya)
İlk oyun – 1:4
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu
 
00:00. “Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 1:0
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”


Digər xəbərlər

0.27457594871521