Bu dəfə parlamentə qadın spiker rəhbərlik edəcək

10:40 10-03-2020 | icon 3283
Bu dəfə parlamentə qadın spiker rəhbərlik edəcək

Bu gün VI çağırış Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək.

Ilk iclasda spiker və onun köməkçiləri, o cümlədən komitə sədrləri seçiləcək.

Əldə etdiyimiz ilkin məlumata görə, Milli Məclisə spikerlik edəcək şəxsin kimliyi artıq məlumdur.

 

Belə ki, VI çağırış parlamentə xanım namizədin rəhbərlik edəcəyi gözlənilir. Həmin namizəd isə Sahibə Qafarovadır. Bundan əlavə, Milli Məclisin birinci vitse-spikerinin Əli Hüseynli, vitse-spikerlərdən birinin Adil Əliyev olacağı bildirilir.

Qeyd edək ki, parlamentin spikerini çoxluq təşkil edən partiya seçir. Bu səbəbdən də sədrin və birinci vitse-spikerin namizədliyini YAP irəli sürüb.


Digər xəbərlər

0.24665689468384