“Xaliq Faiqoğlu” şirkətinin avtobusları müntəzəm olaraq dezinfeksiya edilir
“Xaliq Faiqoğlu” şirkəti istismarında olan müntəzəm marşrut xətləri üzrə xidmət göstərən avtobusların təmizliyinə xüsusi diqqət yetirir.
Bu məqsədlə əvvəlcədən tərtib edilmiş proqram çərçivəsində nəqliyyat vasitələrinin kimyəvi təmizlənməsi və dezinfeksiyası həyata keçirilib. Belə ki, şirkət tərəfindən son günlərdə dünyada kəskin respirator virusun yayılması səbəbindən qabaqlayıcı tədbirlərə diqqət daha da artırılıb. Avtobusların dezinfeksiya edilməsi intervalı azaldılıb və ixtisaslaşmış şirkət tərəfindən xüsusi məhlullardan istifadə olunmaqla nəqliyyat vasitələri həftənin şənbə və bazar günləri qaraj şəraitində dezinfeksiya olunub. Ümumilikdə şirkətin istismarında olan 14 marşrut xətti üzrə 300-ə yaxın avtobus həm təmas, həm də hava-damcı yolu ilə yoluxan infeksion xəstəliklərə qarşı dezinfeksiya edilib.
Bundan başqa şirkət tərəfindən ixtisaslaşmış mütəxəssislərdən ibarət mobil qruplar yaradılıb. Həmin şəxslər kəskin respirator virus təhlükəsinin mövcud olduğu müddət ərzində günün müxtəlif saatlarında avtobuslara daxil olaraq əl tutacaqlarını, oturacaqların təmas hissələrini, avtobusun salon turbalarını və sair hissələrini insan sağlamlığına ziyanlı olmayan dezinfeksiya vasitələri ilə siləcəklər.
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...