Avropa çempionatı təxirə salına bilər

18:10 10-03-2020 | icon 2604
Avropa çempionatı təxirə salına bilər

Avropa çempionatında iştirak edəcək bəzi futbol ölkələrinin federasiyaları UEFA-ya turnirin təxirə salınması ilə bağlı müraciət edib.

Federasiyalar koronavirusun sürətlə yayılmasına görə qitə qurumundan çempionatın müvəqqəti təxirə salınmasını istəyib.
 
Federasiyalar Avropa çempionatının başqa vaxta keçirilməsini gözləyir. İddiaya görə AÇ-2020 payızda və ya gələn il keçirilə bilər.
 
UEFA-nın prezidenti Aleksandr Çeferin isə turnirin startına görə vəziyyətin stabilləşəcəyinə ümid edir.
 
Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

 

Digər xəbərlər

0.2709789276123