Gömrük İdarəsinin rəis müavini saxlanıldı - DTX əməliyyat keçirdi
Azərbaycan dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili saxlanılıb. Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilib, üzəri digər məhsulla qablaşdırılıb, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.
Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları - Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda araşdırmalar davam etdirilir.
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...