Fevralda 7 minə yaxın yeni abonent qeydə alınıb
2020-ci ilin fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 895 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 385-i Bakı, Abşeron və Sumqayıt, 2 510-u isə regionlar üzrədir.
2020-ci ilin ilk 2 ayında əhali sektoru üzrə 18 446 yeni abonent qeydiyyata alınıb. 11 852 abonent Bakı, Abşeron və Sumqayıt, 6 594 abonent isə regionların payına düşür.
Beləliklə, hal-hazırda “Azəriqaz” İstehsalat Birliyində qeydiyyata alınan ümumi abonent sayı əhali sektoru üzrə 2 milyon 265 min 721-ə bərabərdir. Bakı şəhəri üzrə abonentlərin sayı 872 384, regionlar üzrə isə 1 milyon 393 min 337 təşkil edir. İlin sonunadək yeni abonentlərin sayının təqribən 100 minə bərabər olacağı proqnozlaşdırılır.
Onu da qeyd edək ki, əvvəlki illərdə olduğu kimi 01 mart 2020-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr limit ayrılıb.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...