“Parlamentdə deputatlar yerlərini özləri seçmir”

16:27 11-03-2020 | icon 2704
“Parlamentdə deputatlar yerlərini özləri seçmir”

“Deputatlar oturduqları yerləri özləri seçmirlər, Katibliyin ümumi şöbəsi təyin edir”.

Bu sözləri deputat Erkin Qədirli Milli Məclisdə oturduğu yerlə bağlı yazıb.

Bildirib ki, masada hər kəsin yalnız özünə aid elektron səsvermə kartı yerləşdirilir:

 

“Kartı çıxarmaq olmaz. Axırıncı sırada otururam. Məktəb illərimdən axırda oturmağı xoşlayıram. Yanımda Razi Nurillayev oturur. Kreslolar həddindən artıq rahatdır. Heç təyyarələrin “biznes-klass”ında belələri olmur. Elektron düymələri var, irəli-geri, yuxarı-aşağı yönlərdə dəyişə bilirlər. O kreslolar işləmək üçün yox, istirahət üçün yaxşıdır. Zalın dizaynı isə sinif otağı kimidir, açıq müzakirələr üçün uyğun ortam havasını vermir. Yerlər dairəvi amfiteatr şəklində düzülsə, yaxşı olar”.

 


Digər xəbərlər

0.27130484580994