“Mən əhalimizi sakitliyə çağırıram” - Elman Rüstəmov

16:28 11-03-2020 | icon 3007
“Mən əhalimizi sakitliyə çağırıram” - Elman Rüstəmov

“Hökumətin və Mərkəzi Bankın “B” planı var. Bu plan məhz neftin 30-35 dollar  qiymətinə hesablanıb. Biz bu problemi tez zamanda həll etməyə hazırıq”.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov  jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, cənab prezidentin tapşırığı ilə dünən hökumətin iqtisadi blokunun üzvləriylə geniş müşavirə keçirilib:

“Bu gün o müşavirə təkrar keçiriləcək və canlı efirdə  onun davamını görəcəksiniz. Müşavirədə əsas müzakirə olunan məsələ yaranmış situasiya və ona uyğun reaksiya tədbirləridir. İlk növbədə, koronavirusun coğrafiyasının genişlənməsi, qlobal iqtisadiyyatda  baş verən proseslər buna təsir edir. Biz mart ayının əvvəlində gördük ki, neftin qiyməti düşməyə başladı. Bütövlükdə neftin qiymətinin kəskin azalması, OPEC + razılaşmasının uzadılmaması neftin qiymətinin kəskin düşməsinə səbəb oldu. Biz yenə də ənənəvi olaraq xarici şokdan danışırıq. Bu Azərbaycanda gedən sosial-iqtisadi proseslərdən qaynaqlanmır. Azərbaycanda tam əksinə, iqtisadi inkişaf sürətlənir. Tam maliyyə sabitliyi hökm sürür.

 

Neftin qiymətinin düşməsi nə tədiyyə, nə də ticarət balansında problem yaradır. Sadəcə olaraq, bu bazar iştirakçılarının, ilk növbədə, əllərində nağd manat olan əhalinin reaksiyasıdır. Bu hesab edirəm ki, gözlənti reaksiyasıdır. Mərkəzi Bankın işi odur ki, bu gözləntiləri müsbətə doğru çevirək. Dünən valyuta hərracı keçirildi.  Hərracda bütün təlabat ödənildi. Bu gün də növbədənkənar hərrac oldu və təlabat ödənildi. Bu gün tələbat 2 dəfədən aşağı düşdü”. 

MB sədri vurğulayıb ki, nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri ödənilib:

“Əhalinin ala biləcəyi qədər bu gün bütün banklarda vəsait var. Ola bilər ki, müəyyən bankların resursları olmasın valyuta almağa, onlar da bir-birlərinə kömək edirlər. Dünən satdığımız valyutanın hamısını banklar reallaşdıra bilmədilər.  Xüsusi qeyd etmək istəyirəm ki, banklar tərəfindən aparılan əməliyyatların həcmi 10 dəfədən çox artıb.  Sadəcə, əhaliyə vaxtında xidmət etmək problemi var. Valyuta və ya vəsaitin çatışmazlığı problemi yoxdur.  Mən əhalimizi sakitliyə çağırıram.  Hökumətin və Mərkəzi Bankın gördüyü tədbirlərdən görünür ki, biz bunu təmkinli şəkildə qarşılayırıq. Hökumətin və Mərkəzi Bankın “B” planı var. Bu plan məhz  neftin 30-35 dollar  qiymətinə hesablanıb. Biz bu problemi tez zamanda həll etməyə hazırıq”.


Digər xəbərlər

0.28917193412781