İçərişəhərdə Novruz şənlikləri ləğv olundu

18:55 12-03-2020 | icon 3122
İçərişəhərdə Novruz şənlikləri ləğv olundu

İçərişəhərdə keçirilən ənənəvi Novruz tədbirləri ləğv edilib. 

Bu barədə “İçərişəhər” DTMQİ mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkədə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilib.


Digər xəbərlər

0.47414588928223