Cəbhədən son dəqiqə! Döyüşlər qızışdı, ermənilər atəşkəsi 265 dəfə pozdu
Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 196 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 265 dəfə pozub.
Sonxeber.az- ın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Berdavan, İcevan rayonunun Ayqeovit, Vazaşen və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar, Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu, Ağbulaq, Koxanəbi, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
-
MN: "Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub"
...
-
Azərbaycan 5 erməni hərbçini təhvil verdi
...
-
Son günlər mövqelərimiz intensiv atəşə tutulur
...
-
“Azərbaycan Ordusu Laçına yerləşdi” - İlham Əliyev
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ordumuzun mövqeləri atəşə tutuldu
...
-
Mövqelərimiz yenə atəşə tutuldu
...
-
Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür
...
-
Müdafiə Nazirliyindən Fərrux kəndi ilə bağlı - Açıqlama
...