Baş Prokurorluq və DİN-dən “WhatsApp”da səs yayanlara - Xəbərdarlıq
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə və “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə koronavirus xəstəliyi ilə mübarizədə insanlarda təşviş və çaşqınlıq yaradan şəxslərə xəbərdarlıq edib.
Bu barədə iki qurumun birgə yaydığı məlumatda bildirilir.
"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən koronavirus xəstəliyinin qarşısının alınması üzrə həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxmuş və karantinə yerləşdirilmiş şəxslərin sayı, onların müalicəsi və s. barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. Lakin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə və “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə koronavirus xəstəliyi ilə mübarizədə insanlarda təşviş və çaşqınlıq yarada biləcək tədbirlərin görülməsi haqda müxtəlif şayiələr yayılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi vətəndaşları belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının məlumatlarını nəzərə almağa çağırır. Eyni zamanda həqiqəti əks etdirməyən, cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış bu cür əsassız və uydurma informasiyaları yayan şəxsləri xəbərdar edirik ki, yol verdikləri qanunazidd əməllərə görə barələrində hüquqi məsuliyyət tədbirləri görüləcəkdir", deyə məlumatda qeyd olunur.
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...