Nazirlik idman qurğularının fəaliyyətini dayandırdı

20:11 13-03-2020 | icon 3832
Nazirlik idman qurğularının fəaliyyətini dayandırdı

Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların  sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə  Gənclər və İdman Nazirliyinin tabeliyində olan  Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

 

Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri,  karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və Formula 1 Azərbaycan Grand Prisisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.


Digər xəbərlər

0.27664685249329