Nazirlik idman qurğularının fəaliyyətini dayandırdı
Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və Formula 1 Azərbaycan Grand Prisisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.
Qeyd edək ki, respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...