“Neftçi” fəaliyyətini dayandırdı

09:38 15-03-2020 | icon 3825
“Neftçi” fəaliyyətini dayandırdı

"Neftçi" Peşəkar Futbol Klubu fəaliyyətini müvəqqəti dayandırıb. 

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı açıqlama yayıb. 

 

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Neftçi” PFK kollektivin sağlamlığını nəzərə alaraq, koronavirusa yoluxmaq riskini azaltmaq məqsədi ilə bütün fəaliyyətini bir neçə müddətə dayandırıb. 

Klub növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb. 


Digər xəbərlər

0.25955605506897