Koronavirusa görə Azercell-də xüsusi iş rejimi elan edilir
Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin, dövlət və özəl sektora aid qurumların fəaliyyəti üçün xüsusi qaydaların işlənib hazırlanmasına dair qərarına uyğun olaraq “Azercell Telekom” MMC öz ofis və xidmət mərkəzlərində xüsusi iş rejimini tətbiq edir.
Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv və Azercell Ekspres ofisləri, eləcə də, Azercell-in rəsmi diler məntəqələri fəaliyyətini davam etdirərək hər gün 09:00-dan 18:00-a qədər müştərilərə xidmət göstərəcək. Eyni zamanda, virusdan qorunmaq məqsədilə bütün ofislər qoruyucu maska, əlcək, antiseptik vasitələrlə təmin edilir, ofislərdə mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.
Bununla yanaşı, ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə alaraq Azercell Telekom öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:
Online Müştəri Xidmətləri https://www.azercell.com/az/;
“Kabinetim” Mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;
Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;
Azercell Telefon Mərkəzi:
- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsinə
- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsinə.
Qeyd etmək lazımdır ki, yaranmış vəziyyətlə bağlı şirkətin fəaliyyətində müştəri məmnuniyyətinə təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur və Azercell-in bütün texniki heyəti, Müştəri Xidmətləri Mərkəzləri, həmçinin, məsul vəzifələri icra edən departament rəhbərləri və şirkət prezidenti xüsusi iş rejimində fəaliyyətlərini davam etdirəcəklər.
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...