Bu gün koronavirusa qarşı peyvənd ilk dəfə sınaqdan keçiriləcək

11:35 16-03-2020 | icon 3583
Bu gün koronavirusa qarşı peyvənd ilk dəfə sınaqdan keçiriləcək

ABŞ-da yeni tip koronavirusa qarşı hazırlanmış peyvənd bu gün ilk dəfə Vaşinqton ştatında sınaqdan keçiriləcək.

Milli Sağlamlıq İnstitutları tərəfindən maliyyələşdirilən peyvəndin sınağının Sietl şəhərindəki “Kaiser Permanente” Sağlamlıq Araşdırma İnstitutunda aparılacağı bildirilir.

 

Səlahiyyətli şəxslər peyvəndin virus daşımayan, 45 yaşındakı sağlam bir insanda yoxlanacağını qeyd ediblər. Test peyvəndin əks təsirlərinin olub-olmadığını yoxlamaq üçün keçiriləcək.

Qeyd edək ki, tibb mütəxəssislərinin məlumatına görə, koronavirusa qarşı peyvəndin tam hazır olması üçün 8 aydan 1 ilə qədər vaxt lazımdır.


Digər xəbərlər

0.26624512672424