“Panatinaikos” Emil Balayevi istəyir

17:05 16-03-2020 | icon 3686
“Panatinaikos” Emil Balayevi istəyir

“Zirə”də çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev Yunanıstan təmsilçisi “Panatinaikos”un namizədləri sırasına daxil edilib.

26 yaşlı qolkiperin adı Kipr “Omoniya”sında çıxış edən Fabiano Ribeyro, Portuqaliya “Tondela”sından Kladio Ramos və Avstriya “Şturm”undan Yorq Zibenhandl ilə eyni siyahıdadı.

 

Bildirilib ki, “Panatinaikos” yay transfer dönəmində azad agent statusuna malik olan və maaşı 200 min avrodan yuxarı olmayan qapıçı transfer edəcək.

Qeyd edək ki, Emil Balayevin “Zirə” ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.


Digər xəbərlər

0.283607006073