Milli Məclis komitə və komissiya iclaslarını dayandırır
Milli Məclisin plenar iclası öz işinə başlayıb.
Spiker Sahibə Qafarova bildirib ki, iclasın gündəliyi ölkədə koronavirusa qarşı səmərəli mübarizənin təşkili ilə bağlıdır:
“Azərbaycanda bu sahədə görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilir. Ötən gün Baş Nazir koronavirsula bağlı təlimat imzalayıb. Tələblərdən biri iclasların, tədbirlərin keçirilməsinin yekunlaşdırılmasıdır. Bununla əlaqədar parlamentin komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır. Fəaliyyətimizi bu təlimat məktubuna uyğun qurmalıyıq. Bu adi epidemiya deyil, Bu virus yüksək sürətlə yayılır”.
***
Koronovirusla bağlı müzakirələr başlayıb.
Deputat Z. Oruc təklif edib ki, parlamentin üzvlərindən kimlərsə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın üzvü seçilsin.
***
Deputat Musa Quliyev ictimaiyyətin davranışında iki qütblülüyün olduğunu vurğulayıb: “İnsanların bir qrupunda panika, digərində biganəlik var. İnsanlardan sadəcə Operativ Qərargahın təlimatına əməl etməsi tələb olunur. Qeyri- peşəkar həkim məsləhətlərinə qulaq asmaq lazım deyil. Bəziləri soğan-sarımsaq yeməyi, burna perekis vurmaq kimi məsləhətlər verirlər. İnsanlar sosial şəbəkədə yalnız Qərargahın verdiyi məlumatları yaysın. Hesab edək ki, ölkədə bir aylıq müharibə və yaxud fövqəladə rejimdir. Biz bir-birimizi qorumalıyıq”.
***
Deputat Qənirə Paşayeva çıxışında insanları məsələyə ciddi yanaşmağa çağırıb: “Nə qədər ki, İtaliyada insanlar bunu ciddiyə almadılar, bu virus sürətlə yayılmağa başladı. Ona görə də Azərbaycan əhalisi qərargahın məlumatlarına riayət etməlidir. Əgər biz fəal ola bilsək, bunun yayılmasının qarşısını ala bilərik”.
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
...
-
Mehriban Əliyeva Hidayəti belə təbrik etdi
...
-
“Faciədən əvvəl biz 2 saatdan çox birlikdə idik” - Prezident
...
-
Parlamentin növbədənkənar sessiyası çağırılacaq
...
-
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
...
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...