“Kişilərin öpüşməsini qadağan etməliyik” - Adil Əliyev

13:17 17-03-2020 | icon 3829
“Kişilərin öpüşməsini qadağan etməliyik” - Adil Əliyev

“Koronavirusla bağlı yaranmış fürsətdən istifadə edib kişilərin öpüşməsi məsələsini qadağan etmək üçün təbliğata başlamaq lazımdır”.

Bu təkliflə parlamentin vitse-spikeri Adil Əliyev parlamentdə çıxış edib. O, Baş Nazirin dünənki təlimatını icra etməyə çağırıb:

 

“Çünki təlimatda ciddi çağırışlar var. Bizim hər birimizin toxunulmazlığı var. Ancaq koronovirusdan toxunulmazlıq səlahiyyətini kimsə bizə verməyib. Məqsədimiz cərimə etmək deyil, təmasdan yayınmaqdır. Koronavirusla bağlı yaranmış fürsətdən istifadə edib kişilərin öpüşməsi məsələsini qadağan etmək üçün təbliğata başlamaq lazımdır”.


Digər xəbərlər

0.24549698829651