“AzerGold” QSC-də Müşahidə Şurasının növbəti toplantısı keçirilib
Martın 18-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
QSC-dən bildirilib ki, iclas koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə Baş Nazir Əli Əsədovun dövlət qurumlarının rəhbərləri üçün xüsusi rejimdə iş normalarına dair imzaladığı təlimatlarının tələblərinə uyğun olaraq videobağlantı vasitəsilə təşkil edilib. Müşahidə Şurasının cari ildə keçirilən ilk toplantısında QSC-nin ötən ildə əldə etdiyi nəticələr, hasilat, kəşfiyyat və ümumilikdə iqtisadi göstəriciləri geniş təhlil olunub.
“AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov Müşahidə Şurasının üzvlərinə 2020-ci il üzrə fəaliyyət planı və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, cəmiyyət fəaliyyətə başladığı dövrdən etibarən, istər hasilat, istər ixrac və satış, geoloji kəşfiyyat, istərsə də digər sahələrdə çoxsaylı uğurlar əldə edib. Hasilata başlanılan ilk ildən mənfəətlə çalışan QSC qısa zaman kəsiyində nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkənin qeyri-neft sektorunun liderlərindən birinə çevrilib.
İclasda, həmçinin 2020-2025-ci illər ərzində istismara veriləcək yataqlar, proqnozlaşdırılan iqtisadi səmərəlilik və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müşahidə Şurasının üzvləri tərəfindən “AzerGold” QSC-nin ümumilikdə fəaliyyəti və 2019-cu ildə əldə edilən nailiyyətləri müsbət qiymətləndirilib.
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...