Azərbaycanda karantindən gizlənən həkim saxlanıldı
Koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Lakin o həkim olmasına baxmayaraq müxtəlif bəhanələr göstərməklə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilib və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, onun ailə üzvləri və sıx təmasda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil veriliblər.
DİN bir daha vətəndaşların nəzərinə çatdırıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlara, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq ciddi tədbirləri görüləcək.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...