“Xaliq Faiqoğlu” şirkəti sürücülərin səhhətini nəzarətdə saxlayır - Foto

12:51 21-03-2020 | icon 2859
“Xaliq Faiqoğlu” şirkəti sürücülərin səhhətini nəzarətdə saxlayır - Foto

Dünyada vüsət alan “Kovid-19” virusunun ölkəmizdə yayılmaması məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl tədbirlərə dəstək məqsədi ilə "Xaliq Faiqoğlu" şirkəti istismarında olan müntəzəm marşrut xətlərində qabaqlayıcı tədbirləri davam etdirir.

Sərnişinlərin və sürücülərin səhhətinə, onların təhlükəsizliyinə xüsusi diqqət göstərən şirkət kəskin respirator virusa yoluxma riski ilə əlaqədar səyyar həkim məntəqələri təşkil edib. 4 nəfərdən ibarət ixtisaslaşmış tibbi heyətin yer aldığı məntəqələrdə gün ərzində sürücülərin hərarətinin yoxlanması, onların səhhətinin nəzarətdə saxlanması nəzərdə tutulub. Şirkətin istismarında olan bütün marşrut xətlərini əhatə edən aksiya zamanı həkimlər onlara müraciət edən digər şəxslərə də bacardıqları tibbi yardımı göstərəcək və məsləhətlər verəcəklər.

 

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti tərəfindən hər gün bütün avtobus sürücülərinin reysə çıxmazdan əvvəl həkim müayinəsindən keçməsi təşkil edilir. Şirkət sosial və korporativ məsuliyyəti çərçivəsində daim dövlətimizin təyin etdiyi vəzifələr istiqamətində dəstəyini əsirgəmir və işini yüksək səviyyədə görməyə çalışır.

 




 

Digər xəbərlər

0.22522497177124