Cəlilabadda aptek müdiri və alıcıları saxlanıldı - Foto
Cəlilabadda psixotrop tərkibli dərmanlar satan aptek müdiri və daha 3 nəfər saxlanılıb.
“Azeripress” DİN-ə istinadən xəbər verir ki, əvvəlcə rayon sakinləri Ceyhun Əhmədov və Toğrul Şahbazov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı ümumilikdə 12 ədəd satışı qadağan edilən güclü təsiredici xassəyə malik “Tramadol 200” həbi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı bu şəxslərin tramadol həblərini Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İlham Bağırova məxsus aptekdən aldıqları məlum olub. Əməliyyat zamanı həmin aptekin müdiri İ.Bağırov da tutularaq istintaqa cəlb edilib. Onun üzərində və işlədiyi aptekə baxış zamanı ümumilikdə 14 ədəd eyni tərkibli tramadol həbi aşkar olunaraq götürülüb.
Qeyd edək ki, İ.Bağırov əvvəllər də dövriyyəsi qadağan olunmuş psixotrop tərkibli dərmanlar satdığı üçün bir dəfə məhkum olunub. O, ifadəsində qeyd edilən dərmanları tanışı Natiq adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.
Həmin şəxs, rayon sakini Natiq İsmayılov da tutularaq istintaqa təqdim edilib. Onun rayon ərazisində yerləşən yaşadığı evə baxış zamanı ümumilikdə 376 ədəd “Tramadol 200” aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...