Deputatlar da Prezidentin çağırışına qoşuldular
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri COVİD-19 epidemiyası ilə mübarizə çərçivəsində əməkhaqqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmək qərarı veriblər.
Bu barədə deputat Elnur Allahverdiyev feysbukda yazıb. O bildirib ki, vətəndaş cəmiyyətinin ən mühüm özəlliyi hər birimizin təhlükə qarşısında birləşib vahid cəbhədən çıxış edə bilməyimizdir:
“Vətəndaş-cəmiyyət-dövlət birliyi milli təhlükəsizliyin təmin olunması prosesinin ən vacib tələbidir. Hər birimiz vətəndaş olaraq ümummilli problem qarşısında tarixi məsuliyyətimizi dərk etməli, xalqımız naminə dövlətimizin yanında olmalı və dəstəyimizi əsirgəməməliyik.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri olaraq biz də “Covid-19” epidemiyası ilə mübarizə çərçivəsində əməkhaqqılarımızın bir hissəsini cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmək qərarına gəlmişik.
Güc birlikdədir! Ümummili problemlərlə mübarizədə bir olmalıyıq! Bunu bacaracağıq”.
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...