ŞOK: Təcili tibbi yardım maşınında Bakıya sərnişin daşınır - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakıya sərnişin daşımağa cəhd edən təcili tibbi yardım maşınının saxlanmasının görüntüləri yayılıb.
Kadrlarda təcili tibbi yardım maşınının içində sürücüdən əlavə, ən azı dörd nəfərin olduğunu görmək olar.
Yeri gəlmişkən, sürücü polis əməkdaşlarının haqlı suallarına cavab verə bilməyib.
İlk növbədə bəhanə gətirmək istəyən həmin şəxs sonra polisin əmrinə tabe olub. Təcili tibbi yardım maşınında olanlar avtomobili tərk ediblər.
Hadisə ilə bağlı DYP-dən açıqlama verilib.
“Bu, birbaşa sürücünün səhlənkarlığı və məsuliyyətsizliyidir. Həmin şəxs barədə, yəqin ki, Səhiyyə Nazirliyi tərəfindən zəruri addım atılacaq”.
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bu hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb:
“Belə addım atmaq məsuliyyətsizlikdən xəbər verir. Həmin sürücü özbaşına başqa şəxsləri təcili tibbi yardım maşınına mindirib. O fikirləşmir ki, həmin şəxslərdən hər hansı biri virus daşıyıcısı da ola bilər.
Əməkdaşlarımız tərəfindən həmin sərnişinlər boşaldılıb və paytaxt qeydiyyatı olmayan şəxslərin şəhərə girişinin qarşısı alınıb. Düşünürəm ki, Səhiyyə Nazirliyi bununla bağlı zəruri tədbirlər görəcək”.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...