“Nar+” tətbiqi ilə hesabını evdən idarə et!
"Nar" koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq abunəçilərini, təhlükəsizliklərini
təmin etmək məqsədilə "Nar+" tətbiqindən yararlanmağa çağırır. Bu tətbiq abunəçilərə evlərindən
çıxmadan, 24/7 rejimində fəaliyyət göstərən müştəri xidmətlərindən yararlanmaq imkanı verir. Belə
ki, "Nar+" tətbiqi ilə abunəçilər bir neçə saniyə ərzində özlərinə ən uyğun tarifə qoşula, mövcud
tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Tətbiqlə
abunəçilər balanslarının sərfiyyatı haqqında izahlı qaiməni də əldə edə bilərlər. Qeyd edək ki, "Nar+"
tətbiqini "AppStore" və "PlayStore"dan yükləmək mümkündür.
"Nar+" mobil tətbiqi ilə yanaşı abunəçilər mobil operatorun rəsmi sosial media səhifələrindən
("Facebook", "İnstagram" və "Twitter") və gücləndirilmiş rejimdə fəaliyyət göstərən 777 Çağrı
Mərkəzinin xidmətlərindən yararlana bilərlər.
Xatırladaq ki, "Nar", koronavirus ("COVID-19") infeksiyasının geniş yayılmasının qarşısının alınması
məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, eyni zamanda
xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalını və nəzarətdə olan pasiyentləri pulsuz rabitə ilə
təmin edib. Bundan başqa, bütün "Nar" abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
1542 qaynar xətt nömrəsinə zənglər tamamilə ödənişsiz olub.
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...