Daha az işçi ilə maksimum işləmək - “Azəriqaz” yeni iş rejiminə keçir
“Azəriqaz” İstehsalat Birliyi yeni iş rejiminə keçir. Bu addım Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə işçilərin özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə atılıb.
Daha az işçi qüvvəsi ilə maksimum işləmək. “Azəriqaz” İstehsalat Birliyi martın 29-dan aprelin 29-dək bir qrup əməkdaşını əmək haqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilir. Lakin eyni zamanda imkanlar elə səfərbər ediləcək ki, xidmətlərin göstərilməsində qüsur və fasilə yaranmasın.
Yaşı 60 yaşdan yuxarı olan şəxslər, öhdəsində azyaşlı uşağı olan qadınlar, onkoloji və ya ağciyər xəstəliyi olan şəxslər, özünün və ya ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olanlar, xroniki xəstəliyi olanlar növbədənkənar məzuniyyətə göndəriləcək. Məzuniyyət siyahısı tərtib edilərkən digər məqamlar da nəzərə alınıb.
Onu da qeyd edək ki, bu qərar təkcə ştat cədvəli ilə çalışanlar deyil, xidməti müqavilə ilə işə cəlb olunanlara da, yəni sosial yardım alan fərdi sahibkarlara da şamil olunur.
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...