10 nəfərdən çox toplaşmaq qadağan edilsə də, Bakı metrosu bu gün - Video
Məlum olduğu kimi, ölkə ərazisində karantin rejiminin gücləndirilməsi ilə bağlı “Bakı Metropoliteni”nin iş saatları da azaldılıb. Bu da metronun girişində sıxlığın yaranmasına səbəb olub.
“Azeripress” Baku TV-yə istinadən xəbər verir ki, sərnişinlər bunu metronun iş saatının 07:00-da başlaması ilə əlaqələndirirlər. Belə ki, onların sözlərinə görə, bir çox iş yeri saat 08:00-da açıldığı üçün metroya tez minmək uğrunda sanki yarış gedir.
Xüsusi karantin rejiminin tələbinə görə isə 10-dan çox insan bir yerə toplaşmamalıdır.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə martın 29-dan etibarən Bakı metrosunun iş vaxtı beş saata endirilərək, səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək müəyyən edilib.
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...