Saatlıda Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar geniş miqyaslı tədbirlər həyata keçirilir -FOTOLAR

18:03 30-03-2020 | icon 3053
Saatlıda Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar geniş miqyaslı tədbirlər həyata keçirilir -FOTOLAR

Saatlı rayonu ərazisində Koronavirus infeksiyasının (COVID-19) yayılmasının
qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ
Qərargahın və şöbənin müəyyən etdiyi bütün tapşırıq və tövsiyyələrə uyğun olaraq rayonda
geniş miqyaslı tədbirlər həyata keçirilir.

Bu işlərə aidiyyəti qurumlar, 36 inzibati ərazi üzrə icra nümayəndəlikləri və yerli özünüidarəetmə orqanları (bələdiyyələr), Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, YAP fəalları, könüllülər cəlb olunmuşdur.
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar
Saatlı şəhərinin bütün küçələri, mərkəzi park və meydanlar, rayonun 44 yaşayış məntəqəsi
üzrə fərdi yaşayış evləri, inzibati binalar, sahibkarlıq obyektləri, küçələr, kəndarası yollar,
habelə Saatlı şəhər ərazisində 51 ədəd və Sarıcalar kəndi ərazisində 20 ədəd çox mənzilli
yaşayış binasının həyətyanı sahələri və giriş-çıxışları, Nərimanov kəndi ərazisində yerləşən
məcburi köçkün qəsəbəsində 105 fərdi evin həyəti 3 dəfə dezinfeksiya edilərək yuyulmuşdur.
Rayon ərazisindəki park və meydanların girişləri bağlanmış və oturacaqlar yığışdırılmış, din
xadimləri ilə söhbətlər aparılmış, namazların hələlik evlərində qılınmasının məqsədə müvafiq
olduğu bildirilmiş, ibadət üçün insanların məscidlərə toplaşmamaları izah olunmuşdur.


Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi tövsiyyələrlə bağlı
Saatlı rayonunda yaradılmış 128 mobil qruplar tərəfindən Saatlı şəhərinin mərkəzi küçə və
parklarında, eyni zamanda mərkəzi bazar ətrafında, rayonun kənd yaşayış məntəqələrində
hər bir küçə və evlərdə əhali ilə maarifləndirici söhbətlərin aparılmış, hal-hazırda da bu
tədbirlər davam etdirilir. 65 yaşdan yuxarı ahıl və tənha sakinlər müəyyən edilmiş, onlardan
ehtiyacı olanlara hal-hazırda sosial-məişət xidmətləri göstərilir, əsas təlabat mallarının,
dərman vasitələrinin alınmasında, kommunal xidmətlərdə və sair işlərdə lazımi köməkliklər
göstərilməsi davam etdirilir.


Yeni Azərbaycan Partiyasının 21-29 mart tarixlərində həyata keçirdiyi “Sağlamlığımız
milli həmrəyliyimizdədir” və martın 27-dən isə tənhalara və ahıl vətəndaşlara köməklik və
sosial xidmətlər göstərilməsi istiqamətində lahiyələr həyata keçirərək 63 nəfərə evlərində baş
çəkmiş onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə gigyenik
vasitələr( tibbi spirt 95 faiz, gigyenik əlcək, gigyenik maska, 3 faizlik hidrogenpereoksid, əl
yumaq üçün maye və quru sabun, döşəməni silmək üçün gigyenik vasitə, salfet, nəm salfet
və s.) alınaraq onlara verilmiş, gənclər və könüllülər karantinlə əlaqədar marifləndirici
materiallar da dərc edərək ayrı-ayrı evlərə, şəxslərə paylamış və bu gündə bu iş davam
etdirilməkdədir.


Qeyd edək ki, Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar
Saatlı rayonunda bu və ya digər istiqamətlərdə tədbirlərin və işlərin görüldüyü, hal-hazırda bu
gün də davam etdirildiyi halda rayon ərazisində infeksiya ilə əlaqədar tədbirlərin görülməməsi
barədə bəzi KİV-lərdə, xüsusən reytinq.az saytında yazılan məlumat qərəzli olmaqla həqiqəti əks etdirmir.

 

 

 


Digər xəbərlər

0.25254893302917