DSX düşmən təxribatının qarşısını aldı
Azərbaycanın Ermənistanla dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bu gün saat 17:30-dan başlayaraq Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.
Eyni zamanda bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumatları həqiqətə uyğun deyil, bölmələrimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmayıb.
-
Separatçılar ağ bayraq qaldırdı - Yevlaxda görüşə razılaşdılar
...
-
Azərbaycan ermənilərin “Mortira”sını belə məhv etdi - Video
...
-
Mövqelərimiz intensiv atəşə tutulur
...
-
Xankəndidə TOR Zenit-Raket kompleksi belə məhv edildi - Video
...
-
Qarabağda antiterror tədbirlərinə başlanıldı - MN
...
-
Növbəti erməni təxribatı - 2 hərbçimiz yaralandı
...
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
...
-
“Zod istiqamətində əlavə qüvvə cəmləşdirilməsi məlumatı yalandır”
...
-
Ermənistan zərbə PUA-sı tətbiq etdi - Daha 2 hərbçimiz yaralandı
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...