Azərbaycandakı maska müəssisəsi nə vaxt açılacaq?
“Ölkədə maska qıtlığı məsələsi var. Ancaq bu o demək deyil ki, ölkədə maska yoxdur”.
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-yə ölkədə maska istehsal edən zavodun nə zaman işə başlayacağı ilə bağlı suala cavab olaraq bildirib. İ. Məmmədov əvvəlcə qeyd edib ki, ölkədə maskalar ilk növbədə, həyati əhəmiyyətli obyektlərə, təhlükəsizliyimizi təmin edən həkimlərə, xəstələrə, polislərə, gömrük işçilərinə paylanılır:
“Üstəgəl, apteklərə də bəlli sayda verilir. Müəssisənin fəaliyyətinə gəlincə isə, bu istehsal prosesidir. Avadanlıq quraşdırılır. İstehsal prosesinin bir gün tez, bir gün gec olması mümkündür. Amma müəssisənin işə başlaması ən yaxın gələcəkdə mümkün olacaq. Burada maksimal gündəlik istehsal həcmi 200 min maskadır. Bundan əlavə, antiseptik gellər və spirtlər də müxtəlif qablaşdırmalarda istehsal olunacaq. Ancaq qeyd edim ki, bu istehsal prosesidir. Bunun gününü, saatını dəqiq demək çətindir. Mühəndislər başa düşürlər ki, bunu dəqiqliklə demək olmur”.
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...