İlham Əliyev karantində olanlardan danışdı

18:04 31-03-2020 | icon 3342
İlham Əliyev karantində olanlardan danışdı

“Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilir. Hazırda 4500-ə qədər insan karantindədir”.

Bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib. 

Dövlət başçısı bildirib ki, karantin üçün də ən əlverişli şərtlər təqdim olunub:

“Vətəndaşlar 4-5 ulduzlu otellərdə, “Atletlər kəndi”ndə, Lənkəran, Lerik, Nabran və Bakı şəhərinin otellərində, istirahət yerlərində yerləşdirilir. Xəstələrə də şərait yaradılır, ölkəmizin müxtəlif yerlərində 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır”.


Digər xəbərlər

0.27223610877991