Rüstəm Xəlilov operativ qərargahın üzvləri ilə birlikdə əhali arasında maarifləndirici söhbətləri davam etdirir - FOTOLAR
Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Hacıqabul rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın sədri, rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qərargah üzvləri ilə birlikdə əhali arasında maarifləndirmə tədbirləri həyata keçirmişdir.
Söhbət zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü insanların fərdi evlərində və mənzillərində qalmaları tələb olunduğu barədə xəbərdarlıq edilmişdir. Karantin qaydalarına riayət etməyən 57 şəxs barəsində inzibati qaydada protokol tərtib edilmişdir.
İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında gündəlik dezinfeksiya işləri davam etdirilir. Tədbirlər müntəzəm olaraq aparılır.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...