Əhalinin bu hissəsi pul ala bilməyəcək - Açıqlama
"Təqdim olunan proqramlar yalnız biznesə və legal əmək bazarının içtirakçılarının hansısa formada müdafiəsi xarakteri daşıyır. İşsizlik müavinəti, sosial yardım kimi, sosial müdafiə mexanizmlərinin əhatə dairəsinin daha da genişləndirilməsi şərtdir. Bu proqramlar qeyri-legal əmək bazarı iştirakçılarına uyğun deyil".
Bu sözləri açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu yardımlardan fayadalanmaq üçün faktiki olaraq qanuni əmək bazarının iştirakçısı olmaq, əmək müqaviləsinə sahib olmaq kimi şərtlər var:
"Görünən odur ki, indiki şəraitdə vətəndaşa birbaşa güzəştlər nəzərdə tutulmayıb. Elektrik enerjisinin təchizatı ilə bağlı olan məsələdə, bir abunəçi üçün 1 kv/saat elektrik enerjisinin aylıq limitinin artırılması aşağı qiymətə istehlaka şərait yaradıb. Bu da təxminən bir ailəyə 4 manat aylıq güzəşt deməkdir. Kommunal xidmətlər üzrə kiçik güzəştdir".
İqtisadçı ekspert həmçinin qeyd edib ki, bütün kommunal xidmətlərdən, ödəniş haqlarından onların karantin dövründə azad edilməsi, həmin ailələrin sabit xərclərinin müəyyən qədər azalmasına və beləliklə də bu ailələrin maddi vəziyyətinin nisbətən sabit saxlanmasına, eyni zamanda həmin insanların karantin şərtlərinə əməl etməsinə müsbət təsir göstərə bilər".(Redaktor)
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...