Hacıqabul İH tərəfindən bir qrup yaşlı kimsəsiz şəxslərə ərzaq yardımı edilib
Hacıqabulda yaşı 65-dən yuxarı kimsəsiz və xəstə olan sakinlərə İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı edilmişdir. Onlarla profilaktik söhbət aparılmış, karantin müddətində evlərindən kənara çıxmalarının qadağan olunduğu bir daha onların nəzərinə çatdırılmışdır. Həmin şəxslər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
Rayon ərazisində epidemioloji durum İcra Hakimiyyəti tərəfindən daimi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir. Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında maarifləndirmə işləri aparılmaqla insanların evdən kənara çıxmamaları, xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində işlər ciddi qaydada aparılır. İnfeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə şəhərin giriş və çıxış hissələrində xüsusi karantin postları quraşdırılmışdır.
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı məhdudlaşdırılmışdır.
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Yağış, külək, qar... - Sabahın havası
...
-
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
...