Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

12:33 06-04-2020 | icon 2953
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

Naxçıvanda bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb.

Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb.

Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur.


Digər xəbərlər

0.29816389083862