Karantin rejimindəki cərimələr koronavirusla mübarizəyə yönəldiləcək
“Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilən hüquqi və fiziki şəxslərdən toplanan cərimələrin uçotunun aparılması üçün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində ayrıca xəzinə hesabı açılıb”.
Bunu “Report”a Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və hər ilin dövlət büdcəsi haqqında qanuna görə inzibati cərimələr büdcəyə ödənilir: “Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmaları koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...