Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının təşəbbüsü ilə, koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskalar tikilərək, ehtiyacı olan insanlara pulsuz paylanılıb
Salyanda könüllülər həmçinin daxil olduqları mobil qruplar vasitəsilə rayonun yaşayış məntəqələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini mütəmadi olaraq əhalinin diqqətinə çatdırır, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid şəraitinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaları barədə məlumatlar verirlər.
Qeyd edək ki, 04 aprel 2020-ci il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan könüllülərinin təşəbbüsü və Peşə Liseyinin təşkilatçılığı ilə, əhalinin tibbi maskalarla təmin edilməsi üçün liseyin dərzi ixtisas qrupunun istehsalat təlimi ustaları və müəllimləri tərəfindən təmənnasız tibbi maskaların tikilməsinə başlanılmışdır. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirməkdir.
Bu təşəbbüsə YAP-nın Salyan rayon təşkilatının sədr müavini, Peşə Liseyinin direktoru Razıgül Dadaşova və onun kollektivi, YAP-Salyan rayon təşkilatı fəalı Sevinc Büyatova və Xanım Qədirova həvəslə qoşulublar.
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...