Saxta əsginaza görə tutuldular

03:13 15-04-2020 | icon 3000
Saxta əsginaza görə tutuldular

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları birgə əməliyyat keçirib. 

Əməliyyat nəticəsində Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əsginazı (2400 manat) şərti alıcıya satarkən saxlanılıblar.

 

Faktla əlaqədar cinayət işi başlanıb.


Digər xəbərlər

0.25489497184753