Hacıqabulda növbəti yardım aksiyası keçirilib
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Hacıqabul rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 №-li magistral və Hacıqabul rayon 20 №-li yol istismar idarələrinin kollektivi Hacıqabul rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşularaq xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı 30 ailəyə yardım etdi.
Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.
Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...