Hacıqabul rayonunda aztəminatlı ailələrə ərzaq yardımı edilir

23:16 16-04-2020 | icon 3090
Hacıqabul rayonunda aztəminatlı ailələrə ərzaq yardımı edilir

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Hacıqabul rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir. 

Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirildi. Rayon icra hakimiyyətinin əməkdaşları yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq yardımı etdilər. 

Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib. 

Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 


Digər xəbərlər

0.25152277946472