Hacıqabul rayonunda aztəminatlı ailələrə ərzaq yardımı edilir
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Hacıqabul rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.
Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirildi. Rayon icra hakimiyyətinin əməkdaşları yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq yardımı etdilər.
Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.
Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...