Lənkəranda karantin günlərində humanist təşəbbüslər geniş vüsət alır
Koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ölkəmizin hər yerində olduğu kimi Lənkəran rayonunda da ardıcıl olaraq davam etdirilir. Rayonda dezinfeksiya işləri ilə yanaşı təhlükəli xəstəlikdən qorunmaq məqsədilə “evdə qal” kompaniyası çərçivəsində sakinlərlə maarifləndirici işlər də aparılır, vətəndaşlara karantin qaydalarına riayət edilməsinin zəruriliyi dönə-dönə izah olunaraq özlərinin və ailə üzvlərinin sağlamlığı naminə dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etmələri tövsiyə olunur. Bütün bunlarla yanaşı karantin dövründə imkansız ailələrə, xüsusilə yaşı 65-dən yuxarı olan ahıl, kimsəsiz vətəndaşlara yardımların olunması ilə bağlı şəhər İcra hakimiyyətinin təsəbbüsünə qoşulan təşkilatların da sayı getdikcə artır. Rayonun idarə, müəssisə və təşkilatları, iş adamları bu təşəbbüsə qoşularaq karantin qaydalarına riayət edən, maddi yardıma ehtiyacı olan ailələrə köməkliklər edirlər. Lənkəran şəhərində fəaliyyət göstərən “Nur” MMC və “Green East” MMC-də bu humanist təşəbbüsə qoşularaq 200 ailəyə ərzaq yardımları paylamışdır. Rayonda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi davam etdirilir.
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...